AMEA-nın əməkdaşı AzTV-nin iddialarını fotofaktlarla yalanladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-nın əməkdaşı AzTV-nin iddialarını fotofaktlarla yalanladı - FOTO

Qafar Ağayev16:11 - 26 / 07 / 2022
AMEA-nın əməkdaşı AzTV-nin iddialarını fotofaktlarla yalanladı - FOTO

Xəbər verildiyi kimi AzTV-nin iyulun 25-də Azərbaycan Milli Elmlər Akademiyasından hazırladığı reportaj geniş müzakirələrə səbəb olub.

AzTV-nin reportajında kanalın müxbiri dünən 18:00-da AMEA-nın qarşısında olduğunu, lakin Akademiyanın heç bir işçisinin orada olmadığını qeyd edib.

1news.az xəbər verir ki, AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev öz sosial şəbəkə hesabından etdiyi paylaşımda AzTV-nin iddiasının yalan olduğunu yazıb.

O, bunu fotofaktlarla sübut edib.

Z.Əliyev qeyd edib ki, Akademiyanı 17:59-da tərk edib.

“TV işçiləri orada yox idi. 10 dəqiqədə bağda gəzmişəm. Saat 18:21-də AzTV əməkdaşları gəlib AMEA qarşısında durublar, hazırlıq görüb, 18:40 da çəkiliş aparıblar, efirdə isə 17:40 AMEA-nın qarşısında çəkiliş aparmışıq deyən AzTV bu qədər yalanla hara gedir. Baxın, 17:45-ə qədər AMEA qarşısında jurnalist görürsüz? Bir TV kanal əməkdaşı olubmu orada? Sadəcə fotolarda dəqiq vaxtı özünüz görüb qiymət verin”.
Sözügedən fotoları təqdim edirik:

Həmçinin oxuyun: AzTV AMEA-nı sərt tənqid etdi - AMEA-dan maraqlı addım - FOTO - VİDEO

Paylaş:
1032

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər