Bakıda içərisində 23 min manata yaxın pul olan çanta oğurlandı
DİN-in “102” Xidməti Zəng Mərkəzinə iyulun 25-də Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə məlumat daxil olub.
1news.az xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.
662