Hava xəbərdarlığı: Güclü külək, yağış gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava xəbərdarlığı: Güclü külək, yağış gözlənilir

Qafar Ağayev13:00 - 26 / 07 / 2022
Hava xəbərdarlığı: Güclü külək, yağış gözlənilir

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Sabah hava necə olacaq? - Proqnoz AÇIQLANDI
Paylaş:
843

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər