“Bakı parkları”: Zabitlər Parkının sehri - FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı parkları”: Zabitlər Parkının sehri - FOTOREPORTAJ

09:44 - 27 / 07 / 2022
“Bakı parkları”: Zabitlər Parkının sehri - FOTOREPORTAJ

1news.az Bakı parklarını daha yaxından tanımağınıza və xoş vaxt keçirmək üçün yer barədə qərar verməyə kömək edəcək “BAKI PARKLARI” rubrikasını davam etdirir.

Bu dəfə sizlərə Zabitlər parkını tanıdacağıq.

Zabitlər parkı şəhərimizin köhnə parklarındandır. O Bakı şəhəri Nəsimi rayonunda 4 hektar ərazini əhatə edir. Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb.

2009 - cu ildə parkda abadlıq işləri başlayıb. 2011-ci il 16 mart tarixində isə park yenidən açılıb.

Zabitlər parkı istirahət üçün, xüsusi ilə də ailəvi istirahət üçün mükəmməl məkanlardandır. Burada əkilmiş çoxsaylı ağaclar və ağacların ətrafında qurulmuş skamyalar isti yay günlərində günəşdən qorunmaq üçün yardımçı olur.

Bu parkda daim uşaqların əyləncəli səsləri eşidilir. Onlar heykəllərin ətrafında oynayır, balıqlarla dizayn edilmiş fəvvarənin ətrafında qaçırlar, parkın daimi qonaqları olan pişiklərlə oynayırlar. Onu da qeyd edim ki, burada quraşdırılmış yumşaq örtüklü, xüsusi tərtibatlı uşaq meydançası da balaca qonaqları tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda burada piknik üçün sinif yoldaşları, tələbə yoldaşları ilə gələn gəncləri də görmək olar. Onlardan bəziləri burada, təmiz havada kitab oxuyur, bəziləri dərslərini edir.

Öz nəvələri ilə parkdaki quşlara yem verən nənələr də parkın daimi qonaqlarındandır.

Parkda heykəlləri çəkən fotoqraflara da tez - tez rast gəlmək olar.

Burada sakinlərin istirahəti üçün müxtəlif güşələr mövcuddur. Parkda 700 kvadratmetri əhatə edən qapalı buz meydançası da var.

1news.az-ın fotoqrafının hazırladığı fotoreportajı diqqətinizə təqdim edirik .

FOTO: Nadir İbrahimli

Humay Əliyeva

Paylaş:
1654

Son xəbərlər

Bütün xəbərlər