Mingəçevirdə qəbiristanlıqda 19 yaşlı qız kişini bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə qəbiristanlıqda 19 yaşlı qız kişini bıçaqlayıb

09:49 - 27 / 07 / 2022
Mingəçevirdə qəbiristanlıqda 19 yaşlı qız kişini bıçaqlayıb

Mingəçevirdə 19 yaşlı qız kişini bıçaqlayıb.

1news.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 26-da Mingəçevir kənd qəbiristanlığı ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlığı ərazisində bıçaqla Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər