İtkin düşən Vətən müharibəsi iştirakçısı tapılıb

Bir nüçə gün əvvəl itkin düşən Vətən müharibəsi iştirakçısı tapılıb.
1news.az xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu məlumat verib.
O bildirib ki, 1 həftədir itkin düşən Neftçala rayon sakini, qazi Cavid Bədəlovun yeri aşkar edilib və tapılıb.
Qeyd edək ki, Abşeron rayon, Xırdalan qəsəbəsində yaşayan, Neftaçala rayon sakini Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib.
1news.az
346