Bakıda gözəllik salonuna basqın: 58 min manatlıq lazer aparatını sındıranlar saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gözəllik salonuna basqın: 58 min manatlıq lazer aparatını sındıranlar saxlanıldı

12:03 - 27 / 07 / 2022
Bakıda gözəllik salonuna basqın: 58 min manatlıq lazer aparatını sındıranlar saxlanıldı

Bakıda yerləşən gözəllik salonlarından birinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1news.az

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər