Azərbaycanda zəlzələ olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Qafar Ağayev10:14 - 28 / 07 / 2022
Azərbaycanda zəlzələ olub

İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a verilən məlumata görə, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Zəlzələ hiss olunmayıb.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər