Balakəndə küçədə bıçaqlanan qadın ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə küçədə bıçaqlanan qadın ölüb

Qafar Ağayev11:10 - 28 / 07 / 2022
Balakəndə küçədə bıçaqlanan qadın ölüb

Balakən Rayon Polis Şöbəsinə iyulun 27-də saat 12 radələrində şəhər ərazisində Hənifə kənd sakini E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş E.Layıcovun münaqişə zəminində tanışı E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Layıcov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
584

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər