Şəmkirdə 5 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə 5 otaqlı ev yanıb

Qafar Ağayev09:14 - 29 / 07 / 2022
Şəmkirdə 5 otaqlı ev yanıb

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, rayonun Çinarlı qəsəbəsində ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Paylaş:
505

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər