Şirvanda dəhşətli qətl: Arvadını körpə oğlunun gözü qarşısında öldürdü
İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Şirvan şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
İş üzrə istintaq davam edir.