Tanınmış həkim-cərrah Azad Hüseynov bu səbəbdən dünyasını dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış həkim-cərrah Azad Hüseynov bu səbəbdən dünyasını dəyişdi

Qafar Ağayev12:31 - 29 / 07 / 2022
Tanınmış həkim-cərrah Azad Hüseynov bu səbəbdən dünyasını dəyişdi

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Hüseynov Azad Əli-Abas oğlu ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

1news.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və TƏBİB-in kollektivi Azad Hüseynovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

A.Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra N.İ.Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb.

Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.

Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.

Paylaş:
1839

Son xəbərlər

Bütün xəbərlər