Dövlət başçısı Azərbaycanla Rusiya arasında pensiya təminatı barədə müqaviləni təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət başçısı Azərbaycanla Rusiya arasında pensiya təminatı barədə müqaviləni təsdiqləyib

17:25 - 30 / 07 / 2022
Dövlət başçısı Azərbaycanla Rusiya arasında pensiya təminatı barədə müqaviləni təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanunu imzalayıb.

1news.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqaviləni təsdiq edib.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 368) isə ləğv edilib.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər