Dünya şöhrətli italyan brendi “Carpisa” artıq Azərbaycanda! - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya şöhrətli italyan brendi “Carpisa” artıq Azərbaycanda! - FOTO - VİDEO

Qafar Ağayev12:27 - 02 / 08 / 2022
Dünya şöhrətli italyan brendi “Carpisa” artıq Azərbaycanda! - FOTO - VİDEO

İyulun 31-da Bakıda dünya şöhrətli “Carpisa” italyan brendinin ilk mağazasının möhtəşəm açılışı oldu.

Sahəsi 187 kv.m. mağazanın açılışı “Gənclik Mall” ticarət mərkəzində baş tutub.

Mağazanın interyeri dəbli və müasir dizaynı ilə fərqlənir: metal, ağac və şüşənin vəhdəti butikin eleqant layihələndirilməsindən xəbər verir və məhsulların geniş çeşidi ilə tanış olmağa imkan yaradır.

2001-ci ildə təsis olunan “Carpisa” italyan markası dünyanın 40 ölkəsində 600-dan çox ticarət nöqtəsinə malikdir.

Rahat və gözoxşayan məhsulları ilə tanınan “Carpisa” bazarda geniş məhsul çeşidləri, yüksək keyfiyyət və əlverişli qiymətlərlə seçilir.

“Carpisa” kişi və qadınlara dəri və eko çantalar, çamadanlar, portfellər, müxtəlif dəbli pulqabları və digər aksessuarlar təklif edir.

Kişi üçün məhsullar biznes, turizm və yol çantalarının geniş seçimindən ibarətdir.

“Gənclik Mall”da yeni “Carpisa” mağazası dəbli çimərlik və ekoloji təmiz materiallardan yol çantaları, çamadanlar, notbuk üçün çantalar, gün ərzində qidanı isti və təzə saxlayacaq rəngbərəng lanç termoçantaları və digər malların təqdim olunduğu yay kolleksiyası ilə açılıb.

Açılış mərasimində, tanınmış blogerlər və mətbuat nümayəndələri iştirak ediblər. Açılışda iştirak edən qonaqlar və paytaxt sakinləri bütün dünyada məşhur olan, ən yeni zərif italyan məhsulları təklif edən yeni butiki çox bəyəndilər.

İtalyan musiqi sədaları altında qonaqlara yüngül furşet təklif olundu.

Dəbli dizaynı və möhtəşəm keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanmış ‘Carpisa’, ilk növbədə, italyan üslubu və əlverişli qiymətə yüksək keyfiyyət deməkdir. ‘Carpisa’nın Azərbaycan bazarına çıxması strateji bir həlldir. ‘Gənclik Mall’ Carpisa markası üçün uyğun bir yer olaraq seçilmişdir.

Qeyd edək ki, yaxın günlərdə ‘Carpisa’brendin daha bir mağazası da “Dəniz Mall”- da müştərilərin xidmətinə təqdim olunacaq.

İtalyan koloritini öz üslubuna əlavə etmək və eyni zamanda tamamilə yeni alış-veriş təcrübəsi əldə etmək istəyən hər kəs mütləq “Gənclik Mall” ticarət mərkəzində “Carpisa” mağazasına baş çəkməlidir.

Maraqlanan şəxslər yeni məhsullar, mövcud kampaniyalar, eləcə də endirimlər haqqında ətraflı məlumatı şirkətin rəsmi Instagram səhifəsinə linkdən keçid edərək əldə edə bilərlər: https://www.instagram.com/carpisa_az/

Ünvan: Fətəli Xan Xoyski küç., 14, “Gənclik Mall” TM, 2 ci mərtəbə.

Reklam hüququnda

Paylaş:
958

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər