Bakıda Beynəlxalq ClimateLaunchpad startap proqramına start verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Beynəlxalq ClimateLaunchpad startap proqramına start verildi

Qafar Ağayev14:37 - 03 / 08 / 2022
Bakıda Beynəlxalq ClimateLaunchpad startap proqramına start verildi

9 Azərbaycan startapı qlobal proqramın qalibi olmaq uğrunda 4 mərhələdə mübarizə aparacaq.

1news.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşı olduğu və “Social Innovation Lab” innovasiya mərkəzinin təşkilatı dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiyalar) akselerasiya proqramı olan ClimateLaunchpad 2022-nin milli mərhələsinə start verilib. 6 həftəlik koçinq sessiyalarında iştirak edən Aqua Trap, Ateshgah, Ecoprint, GreenPack, OchseMoto, PORESO, Recepta, RestyIEarth və eHelpers adlı startaplar yerli ekspertlər tərəfindən ClimateLaunchpad-ın müəyyən etdiyi vacib 6 modul üzərində praktiki çalışmaqla ölkə finalına hazırlaşırlar.

Qeyd edək ki, cari ilin dekabr ayında komandalar münsiflər heyəti qarşısında milli mərhələnin ilk 3 yerini qazanmaq və regional mərhələyə vəsiqə əldə etmək üçün təqdimatlarla çıxış edəcəklər. Ümumilikdə beynəlxalq proqramda iştirak edən 50-dən çox ölkənin hər birinin ölkə finalında ilk 3 yeri qazanan komandalar 2022-ci ilin sentyabr ayında keçiriləcək Regional Finala vəsiqə qazanmaq uğrunda yarışacaqlar.

Dünya Finalı mərhələsində startaplar innovativ həllərini Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdim edəcəklər. Finalın qalibləri I yer üzrə € 10,000 avro, II yer üzrə € 5,000 avro və III yer üzrə € 2,500 avro pul mükafatı əldə edəcəklər. Həmçinin, 16 ən yaxşı startap 6 aylıq "Qlobal ClimateLaunchpad Accelerator" proqramına qəbul olunacaq.

Sözügedən layihə ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Ağahüseyn Əhmədov bildirib: ‘’Bütün dünyanın diqqətinin ekoloji problemlərin həll edilməsinə kökləndiyi bir vaxtda Azərbaycanlı gənclərin də planetimizin müdafiəsinə yönəlmiş innovativ ideyalarla çıxış etməsi sevindiricidir.‘’Təmiz texnologiyalar’’, onların təşviqi və tətbiqi kifayət qədər inkişaf potensialı olan, uzun müddətdə həm iqtisadiyyata həm də ekologiyaya ciddi qatqılar verə biləcək sahədir. Ümid edirik ki, bu proqram yerli startaplara möhkəm və uğurlu beynəlxalq genişlənmə strategiyaları qurmalarına yardım edəcək.’

Qeyd edək ki, ötən 4 ildə 50-dən çox ölkənin iştirak etdiyi ClimateLaunchpad proqramında Azərbaycandan hər il 13 startap olmaqla, ümumilikdə 52 startap akselerasiya proqramını uğurla başa vurub. Ümumilikdə son 4 ildə 12 startap hər il Dünya Finalında Azərbaycanı təmsil edib. 2017-ci ildə ölkə finalının qalibi olmuş CO2Catalyser startapı həm də Dünya Finalında 105 startap arasında ən yaxşı 15 startapdan biri olmağa nail olub.

Paylaş:
374

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər