Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor verib - FOTO

Qafar Ağayev15:01 - 03 / 08 / 2022
Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor verib - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.

Baş tutan təqdimat tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros çıxış ediblər.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb. O, bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları Azərbaycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.

Daha sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair təşkil edilmiş sərgiyə baxış keçiriblər.

Paylaş:
523

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər