Audiovizual Şura “AzTV”də irqi ayrıseçkiliyə yol verilməsi ilə bağlı iddialara aydınlıq gətirdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Audiovizual Şura “AzTV”də irqi ayrıseçkiliyə yol verilməsi ilə bağlı iddialara aydınlıq gətirdi - VİDEO

Qafar Ağayev16:43 - 03 / 08 / 2022
Audiovizual Şura “AzTV”də irqi ayrıseçkiliyə yol verilməsi ilə bağlı iddialara aydınlıq gətirdi - VİDEO

Audiovizual Şura məlumat yayıb.

Şuradan 1news.az-a daxil olan məlumatda bildirilib ki, avqustun 1-də ümumölkə yerüstü televiziya yayımçısı olan “AZTV” kanalının efirində saat 20.00-dan yayımlanan “AZTV Xəbər” proqramında Bakının və ümumiyyətlə Azərbaycanın son zamanlar çox müraciət olunan turizm istiqamətlərindən biri olduğunu göstərən süjet nümayiş olunmuş və turist kimi ölkəmizə səfər edən bir sıra əcnəbilərdən müsahibə alınıb.

Qeyd olunub ki, reportajın efirdə olduğu müddətdə aşağı titrlərdə “qonaqlı-qaralı Bakı” sərlövhəsi qeyd olunub.

Həmçinin bildirilib ki, bəzi onlayn media resurslarında və sosial şəbəkə səhifələrində həmin sərlövhənin bütün reportaj boyu efirdə olmasına baxmayaraq, yalnız qaradərili əcnəbi bir turistdən müsahibə alınarkən olan “skrin fotosu” yayılaraq bunun irqi ayrıseçkilik kimi qiymətləndirilməsinə cəhdlər göstərilir.

"Audiovizual Şura bildirir ki, reportajın məzmununda və qeyd edilən titrlərdə heç bir ayrıseçkiliyə eyham belə sezilə bilməz. Hamımızın bildiyi və söz ehtiyatı ilə zəngin olan doğma dilimizdə tez-tez işlədilən “qonaq-qaralı” ifadəsində olan qara hissəsi heç bir halda rəng mənasında, həmin ifadənin süjet boyu efirdə nümayiş olunması da heç cür hər hansı irqi, etnik, dini və ya digər ayrıseçkiliyin nəinki təbliği, hətta nümayişi kimi də qəbul oluna bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan dilinin etimologiya lüğətində “mal-qara”, “qonaq-qara” tipli sözlərdə qara hissəsi cəmlik bildirir, yəni, qonaq-qara “qonaqlar” deməkdir.

Bunları nəzərə alaraq, onlayn media redaksiyalarını, həmçinin, sosial şəbəkə istifadəçilərini belə xəbərləri, statusları və ya fikirləri paylaşanda daha məsuliyyətli olmağa və ictimaiyyəti yanlış yönləndirməyə cəhd etməməyə çağırırıq", - məlumatda qeyd olunub.

Paylaş:
517

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər