Turizm Reyestrinin aparılma qaydası dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Turizm Reyestrinin aparılma qaydası dəyişib

Qafar Ağayev10:35 - 04 / 08 / 2022
Turizm Reyestrinin aparılma qaydası dəyişib

Turizm Reyestrində istifadəçilərə turizm üzrə investisiya layihələri artıq təqdim edilməyəcək.

1news.az-a xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Reyestr turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılacaq.

Bundan əvvəl Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılırdı.

Eyni zamanda qərarla Reyestrin strukturu da dəyişib. Belə ki, turizm sənayesinin subyektləri bundan sonra aşağıdakı kimi olacaq:

-turoperatorlar və turagentlər;

-turizm bələdçiləri;

-yerləşmə xidmətləri göstərən subyektlər;

-ictimai iaşə xidmətləri göstərən subyektlər;

-əyləncə xidmətləri göstərən subyektlər;

-işgüzar turizm fəaliyyəti göstərən subyektlər;

-özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm fəaliyyəti göstərən subyektlər;

-turizm nəqliyyat xidməti göstərən subyektlər;

-çimərlik xidmətləri göstərən subyektlər;

-turizm təhsili və təlimi xidmətləri göstərən şəxslər;

-turizm sənayesi assosiasiyaları;

-sənətkarlar;

-digər turizm xidmətləri göstərən subyektlər;

Turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri də Reyestrin strukturunda yer alacaq.

Qərara əsasən, Reyestrdən istifadə qaydaları da dəyişib.

Reyestrdə yerləşmə vasitələri üzrə: yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehman-xanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat da yer alacaq.

Həmçinin, turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.

Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası əldə edilən tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.

Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.

Paylaş:
387

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər