Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib - FOTO

Qafar Ağayev12:52 - 04 / 08 / 2022
Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib - FOTO

Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin həlli istiqamətində işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının əməkdaşları kəndin sakinləri ilə növbəti görüşlər keçirib. Onlar Ağalı kəndində fəaliyyət göstərən müəssisələrin təklif etdiyi vakansiyalar, Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumatlandırılıb.

Kənd sakinlərinin artıq bir hissəsi əmək müqaviləsi əsasında işlə təmin olunub. Digər şəxslərin işlə təmin edilmələri üçün məlumatları işəgötürənlərə göndərilib. Artıq işəgötürənlər tərəfindən namizədlərlə görüşlərin keçirilməsinə başlanılıb. Kənddə fəaliyyət göstərən işəgötürənlərlə də görüşülüb, Agentliyin işəgötürənlərə yönələn proqramları barədə məlumatlar verilib.

Son vaxtlarda kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib və onlar üçün biznes təlimləri təşkil olunub. Yaxın günlərdə həmin sakinlərə özünüməşğulluq proqramı çərçivəsində xidmət və istehsal sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılacaq.

Kənd sakinləri üçün peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının bu kənddə də icrası nəzərdə tutulub.

Paylaş:
594

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər