Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada 40 il əvvəl baş tutmayan sərginin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada 40 il əvvəl baş tutmayan sərginin açılışı olub

Qafar Ağayev14:06 - 05 / 08 / 2022
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada 40 il əvvəl baş tutmayan sərginin açılışı olub

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərginin açılışı baş tutub.

Bu barədə 1news.az-a “Azərxalça” ASC-dən bildirilib.

Sərgidə rəssamın əl işləri ilə yanaşı “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında “Azərxalça” ASC-nin emalatxanalarında azərbaycanlı toxucuları tərəfindən toxunmuş xalçalar – “Uca tanrı” və “Nar bağı” da tamaşaçıların diqqətinə təqdim olunub.

Bundan əlavə əslən bakılı olan dağ yəhudi əsilli israilli rəssam Rami Meirin yaradıcılığına həsr edilən sərginin qonaqlarına iki döymə panno, təsviri sənət nümunələri, Rami Meir Art və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Meirin rəsm əsərlərinin süjetləri əsasında hazırlanmış xalçalar, ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, işıq installyasiyaları, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və silahlar nümayiş etdirilib.

Məxsusi olaraq sərginin açılışı münasibətilə hazırlanmış film və buklet tamaşaçılara rəssamın çoxşaxəli yaradıcılığı, onun Azərbaycanla sıx əlaqələrindən söhbət açır, Raminin bu sərgisi ilə bağlı detektivi xatırladan əhvalat açıqlanır. Bildirilir ki, bu sərgi elə həmin XTNS-nin “Azərbaycan” pavilyonunda 40 il bundan əvvəl açılmalı idi.

Belə ki, 1982-ci ildə gənc Rami bir ildən sonra XTNS- də Azərbaycan pavilyonunda keçiriləcək sərginin hazırlığına başlayır. Bütün əsərlər - müəllifin zəhmətlə işlədiyi mis üzərində zərgərlik təqibi texnikasında olan 20-yə yaxın panel daşınma zamanı oğurlanır. Oğrunu tapmaq mümkün olmur. Təsadüfən sərgiyə göndərilməyən yalnız iki əsər qorunub saxlanılır, rəssam əsərləri sərgiləmir və daha sonra onları gəlininə hədiyyə edir. İndi, 40 ildən sonra Rami Meir eyni Azərbaycan pavilyonuna yeni sərgi ilə qayıdır. Tamaşaçılar bu sərgidə “Qızılgülün üstünlüyü” və “Qladiatorların döyüşü” adlı panelləri görəcəklər – o vaxtkı gənc rəssamın yaradıcılıq axtarışlarına və uğurlarına dəlalət edən yeganə əsərlər.

Sərgi 2022-ci il oktyabrın 30-dək davam edəcək.

İnformasiya üçün bildirək ki, 2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində Rami Meirin sərgiləri uğurla keçirilib. Bundan əlavə, Florensiyada “Florence Art Deposit Gallery” qalereyasında “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib. 2022-ci ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ASC ilə birlikdə “Carpets as art. Beyond borders, beyond time” (“Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə”) adlı birgə sərgi açılıb. Rami Meirin işləri Rusiyada, ABŞ-da və İsraildə şəxsi kolleksiyalarda saxlanılır.

Paylaş:
457

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər