“Badamlı75” lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Badamlı75” lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib

17:00 - 05 / 08 / 2022
“Badamlı75” lotereyasının 3-cü tirajının qaliblərinə hədiyyələr təqdim edilib

“Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75” tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin üçüncü tirajının qalibləri 31.07.2022 –ci il tarixində müəyyən olundu.

“Badamlı”nın rəsmi "Facebook", “YouTube” və "Instagram" səhifələrinin canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 22 kod, yəni 22 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.

Beləki, üçüncü tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq, 2 ədəd Elektrikli skuter qazanıblar.

Qalib kodların sahibləri Bakı şəhəri, Tərtər rayonu və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Culfa, Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar. Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə Badamlının Bakıda və Naxçıvanda yerləşən ofislərində 04 avqust 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər Badamlı sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.

2022 –ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.

Qeyd edək ki, hər ay keçiriləcək "Badamlı" stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Lotereyada iştirak etmək üçün “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamli.az saytında, həmçinin (055) 575-1947 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, stimullaşdırıcı lotereyanın dördüncü tirajını 2022-ci il 28 avqust tarixində "Badamlı”nın İnstagramda @badamli1947 hesabından, Facebook və YouTube kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.

Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.

Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022–ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.

75 ədəd – iPhone 13

75 ədəd – Samsung Galaxy S21

25 ədəd – HP Notbuk

25 ədəd – SEGWAY: Elektrikli Skuter

25 ədəd – JBL T510BT qulaqlıq

1 ədəd – BESTUNE T99 minik avtomobili

Daha çox Badamlı, daha çox şans!

Reklam hüququnda

Paylaş:
412

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:04Musiqi məktəblərinə işə qəbul imtahanının nəticələri açıqlanıbBu gün, 17:59Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və ümumi dostluq tarixi - Gürcüstanın Azərbaycandakı səfiri ilə müsahibəBu gün, 17:55Azərbaycan bu il nə qədər neft hasil edib?Bu gün, 17:48Şəhid, şəhid ailələri və müharibə əlilləri üçün reyestrin əsas təyinatı açıqlanıbBu gün, 17:45Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıbBu gün, 17:30Baş Prokurorluq xəbərdarlıq etdi: Saxta məlumatlar yaymayın!Bu gün, 17:12COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:38Azərbaycanda daha 121 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib - STATİSTİKABu gün, 16:31Ərdoğan: Beynəlxalq ictimaiyyət Qarabağda işğala qarşı heç bir addım atmadıBu gün, 16:14Sabahın hava proqnozu açıqlanıbBu gün, 15:56Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaqBu gün, 15:43XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar və məşqçiləri mükafatlandırılıbBu gün, 15:28“Bolt Services AZ” MMC-yə maliyyə sanksiyası tətbiq olunubBu gün, 14:56Yelo Bank artıq Qəbələdə - FOTOBu gün, 14:50“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdiBu gün, 14:40Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 14:02XİN: Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirBu gün, 13:44MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdurBu gün, 13:3961 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilibBu gün, 13:20
Bütün xəbərlər

Next TV