Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

09:03 - 05 / 08 / 2022
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə London polisi məlumat yayıb. Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

1news.az

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər