Prokurorluq Kəlbəcərdə hərbçinin minaya düşməsi ilə bağlı məlumat yaydı
Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olmuşdur.
Bu barədə 1news.az-a Kəlbəcər hərbi prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilmişdir.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.