Prezident İlham Əliyev Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

13:05 - 05 / 08 / 2022
Prezident İlham Əliyev Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bir çox Avropa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiklərini deyərək Avstriya şirkətlərinin də həmin ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd etdi və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd etdi.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Tomas Şuller-Qötzburq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğuladı. İkitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan səfir bunun üçün səylərini əsirgəməyəcini dedi. Tomas Şuller-Qötzburq vurğuladı ki, dövlətimizin başçısı tərəfindən əməkdaşlığımızın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacibdir. Səfir, eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcini bildirdi. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd etdi.

10:19

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 5-də Avstriyanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Paylaş:
830

Son xəbərlər

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilibBu gün, 14:48AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar yaradacaqBu gün, 14:43Düyünlü Zobu Əməliyyat Etmək Olar? Hansı Riskləri Var?Bu gün, 14:34Prezident: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır,bu, bizim legitim hüququmuzdurBu gün, 13:55Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edibBu gün, 13:35İlham Əliyev: “Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır”Bu gün, 13:17Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilibBu gün, 13:06Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edibBu gün, 13:02Qərbi Azərbaycan İcması Tomas de Vaalın fikirlərinə münasibət bildiribBu gün, 13:00Qar, yağış yağacaq - ProqnozBu gün, 12:50Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıbBu gün, 12:48Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxubBu gün, 12:26Deputatdan təklif: Qərbi Azərbaycanlıların deportasiyası günü təqvimə salınsınBu gün, 12:07Azərbaycan Prezidenti: “Ola bilər ki, cənab Borel yuxular görür”Bu gün, 11:49Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilibBu gün, 11:38Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyəti 30%-ə qədər artacaq - VİDEOBu gün, 11:35DYP-dən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətBu gün, 11:17Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilibBu gün, 11:09Yeni Klinikada Ambulator klinika istifadəyə verildiBu gün, 11:06Prezident: “Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib”Bu gün, 10:55
Bütün xəbərlər

Next TV