Tovuzda əsgərimiz qətlə yetirildi, cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda əsgərimiz qətlə yetirildi, cinayət işi açıldı

10:29 - 05 / 08 / 2022
Tovuzda əsgərimiz qətlə yetirildi, cinayət işi açıldı

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, faktla bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda isə bildirilib ki, Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub.

Məlumata görə, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.

1news.az

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər