ETSN ilan balığının ovuna icazə verilmə səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN ilan balığının ovuna icazə verilmə səbəbini açıqlayıb

13:41 - 06 / 08 / 2022
ETSN ilan balığının ovuna icazə verilmə səbəbini açıqlayıb

Nazirlər Kabineti tərəfindən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğunlaşdırılıb.

Bunu 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov bildirib.

O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq.

"Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək".

M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının "Qırmızı Kitab"dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.

1news.az

Paylaş:
511

Son xəbərlər

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər