Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib

15:49 - 06 / 08 / 2022
Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

1news.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, M.Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.

1news.az

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər