Ağstafada şəhidlə vida mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada şəhidlə vida mərasimi keçirilir

10:09 - 06 / 08 / 2022
Ağstafada şəhidlə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

1news.az-ın "Report"a istinadən verdiyi məlumata görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

1news.az

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər