Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

11:30 - 08 / 08 / 2022
Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

QMİ-dən verilən məlumata görə, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir.

Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları diqqətinizə çatdırırıq:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas" məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu "Təzə Pir" məscidi

Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

1news.az

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər