Özünü hərbi polis kimi təqdim edən qadın cərimələnib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü hərbi polis kimi təqdim edən qadın cərimələnib - FOTO

13:42 - 09 / 08 / 2022
Özünü hərbi polis kimi təqdim edən qadın cərimələnib - FOTO

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a bildirilib ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər