Baş Prokuror: “Milli təhlükəsizliyə yönəlik çağırışlarla bağlı qəti addımlar atılıb, bundan sonra da atılacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokuror: “Milli təhlükəsizliyə yönəlik çağırışlarla bağlı qəti addımlar atılıb, bundan sonra da atılacaq”

10:32 - 10 / 08 / 2022
Baş Prokuror: “Milli təhlükəsizliyə yönəlik çağırışlarla bağlı qəti addımlar atılıb, bundan sonra da atılacaq”

“Zaman-zaman hesab edirəm ki, belə görüşlərə ehtiyac var. Heç kim deməsin ki, biz bu gün jurnalistlərə nəsə öyrətmək üçün yığışmışış. Bu, qətiyyən belə deyil”.

1news.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, biz hamımız dövlətin siyasətini dəstəkləyirik, dövlətin inkişafı üçün hər kəs öz işini məsuliyyətlə yerinə yetirməlidir: "Gələcəkdə intensiv fəaliyyətlə məşğul olmalıyıq demək, o demək deyil ki, biz deyəni yazmalısınız və ya siz yazana dərhal reaksiya verməliyik. Məqsədimiz odur ki, bəzi boşluqları aradan qaldıraq. Milli təhlükəsizliyə yönəlik çağırışlar edilirsə, prokurorluq öz fəaliyyətinə uyğun qəti addımlar atmalıdır. İndiyə qədər atılıb və bundan sonra da atılacaq. Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməsək, bu, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısını alaq. Xəbərdarlıq prokurorluğun fəaliyyət sferasına daxil olan addımlardan biridir".

1news.az

Paylaş:
185

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər