BNA: “7 marşrut xətti üzrə gecikmə müşahidə olunur” | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA: “7 marşrut xətti üzrə gecikmə müşahidə olunur”

14:48 - 11 / 08 / 2022
BNA: “7 marşrut xətti üzrə gecikmə müşahidə olunur”

Bakıda 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.

Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Sözügedən gecikmələrin səbəbi paytaxtın Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) yaranan sıxlıqdır.

Nəticədə 7 müntəzəm marşrut xətti üzrə 9 avtobus hal-hazırda sıxlıqda qalıb.

1news.az

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər