Qanunsuz ov edən şəxslər cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

15:16 - 11 / 08 / 2022
Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Zərdab rayon sakini Fuad Məmmədov, Gədəbəy rayon sakini Dəyanət Cəfərov olduğumüəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Bəhruz Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən keçən kollektordan 80 metr uzunluğunda sintetik tor yığışdırılıb.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər