Oktyabrda TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Azərbaycanda görüşü olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrda TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Azərbaycanda görüşü olacaq

16:01 - 11 / 08 / 2022
Oktyabrda TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin Azərbaycanda görüşü olacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

QMİ-nin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Allahşükür Paşazadə Azərbaycanın dostu olan Bağdad Amreyevi ölkəmizdə görməkdən olduqca şad olduğunu bildirib. Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. Şeyxülislam Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıb.

Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi irsə qayğı və himayəsini yüksək qiymətləndirən QMİ sədri milli və mənəvi dəyərlərinə sadiq ölkəmizin ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən qardaş xalqların Türk Dövlətləri Təşkilatının yüksəlişi yönündə səylərini xüsusi qeyd etdi. Şeyxülislam Amreyevin onu ziyarət etməsini TDT Baş katibinin İslam dininə ehtiramının təcəssümü kimi dəyərləndirib. Bildirib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderləri dövlət başçılarımızın qardaş xalqlarımız naminə müştərək fəaliyyətlərinə ruhən dəstək vermək məramındadırlar və TDT ideyalarının insanların qəlblərinə, mənəviyyatına çatdırılması üçün dini-mənəvi müstəvidə səylərini əsirgəmirlər.
Söhbət əsnasında Şeyxülislam Allahşükür Paşazadə Bağdad Amreyevin rəhbərlik etdiyi təşkilat tərəfindən Azərbaycana 44 günlük Vətən müharibəsi günlərində nümayiş etdirilmiş qardaş dəstəyinə görə minnətdarlığını ifadə etdi, habelə bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinə edilmiş vandal hücumu qətiyyətlə qınadıqlarına, ölkəmizi birmənalı dəstəklədiklərinə görə Türk dövlətlərinə təşəkkürlərini bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycanın, Qafqazın dini lideri ilə görüşməyi şərəf saydığını qeyd edərək, Şeyxülislam A. Paşazadənin şəxsiyyətinə və fəaliyyətinə böyük dəyər verdiyini bildirdi. Amreyev xüsusi qeyd edib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderlərinin Şurasının yaranması təşəbbüsünün müəllifi olan Şeyxülislam Allahşükür Paşazadənin bu ideyanın reallaşmasına töhfələri böyükdür. Qonaq TDT üzv ölkələrin qarşıdakı noyabr zirvəsindən danışdı və Özbəkistanda baş tutacaq bu görüşdə nəzərdə tutulan işlər barədə məlumat verdi. Bağdad Amreyev TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq görüşünün önəmini xüsusi vurğuladı və bu görüşün yüksək səviyyədə gerçəkləşəcəyinə əmin olduğunu bildirdi. İslam dininin birləşdirici rolunu və qardaş türk xalqlarının birliyi üçün bu ortaq dəyərin mühüm önəm kəsb etdiyini vurğulayan Amreyev bu amilsiz türk birliyinin zəif ola biləcəyinə diqqəti çəkdi. Daha sonra TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detalları müzakirə olunub. Bildirilib ki, bu TDT çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

1news.az

Paylaş:
188

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər