Azərbaycanda daha 488 nəfər koronavirusa yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 488 nəfər koronavirusa yoluxub - STATİSTİKA

16:35 - 11 / 08 / 2022
Azərbaycanda daha 488 nəfər koronavirusa yoluxub - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 192 nəfərdir.

Ölkədə son sutka ərzində 4 076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər