Bakıda turizm şirkətinin rəhbəri ürəyindən bıçaqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda turizm şirkətinin rəhbəri ürəyindən bıçaqlandı

09:27 - 11 / 08 / 2022
Bakıda turizm şirkətinin rəhbəri ürəyindən bıçaqlandı

Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.

1news.az xəbər verir ki, hadisə Montin qəsəbəsində qeydə alınıb.

Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəlib. Bu zaman onlar 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1news.az

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər