Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.
Bu barədə 1news.az-a Aeroportun Mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilib.
1news.az
202