Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu, 4 nəfər öldü - FOTO

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus maşın erməni sürücünün idarə etdiyi avtomobillə toqquşub.
1news.az “News.am”a istinadən bildirir ki, hadisə Xankəndi şəhəri yaxınlığında baş verib.
Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.
Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.
1news.az
438