Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

16:38 - 12 / 08 / 2022
Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 804 165 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.

1news.az

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər