Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub

13:22 - 13 / 08 / 2022
Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan xəbər verilib.

Bildirilib ki, 10 nəfər Kürdəmir rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini deyiblər.

Daxil olan müraciətlər əsasında Kürdəmir ayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylar ərzində rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Daha sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əgər N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
176

Son xəbərlər

Diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏBu gün, 12:44Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıbBu gün, 12:33Sabah yağış yağacağı ehtimalı var - PROQNOZBu gün, 12:28“Azərbaycan əhəmiyyətli inkişafa nail olub” - Dünya Bankının nümayəndəsiBu gün, 12:22Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıbBu gün, 12:04Qaradağda 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlandıBu gün, 11:58Hikmət Hacıyev: “Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”Bu gün, 11:55İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edibBu gün, 11:54Salyanda “Ford” su kollektoruna düşüb, ölən varBu gün, 11:31Bu il 6 yeni bağça fəaliyyətə başlayıbBu gün, 11:19Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edibBu gün, 11:09Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi daxil olubBu gün, 10:55“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıbBu gün, 10:41Bakıda məktəbli qız vəfat etdiBu gün, 10:39Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcəkBu gün, 10:37“BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının siyasətlərinin iç üzünü göstərib” - İCMABu gün, 10:30Yekun müsahibədə uğur qazanan hakimliyə namizdələrin adları açıqlanıb - SİYAHIBu gün, 10:19“Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür-Yeni layihəBu gün, 10:05Dövlət Komitəsinin elan etdiyi “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsi davam edirBu gün, 10:00Turşu bağlayarkən səhvən sirkə içib öldüBu gün, 09:50
Bütün xəbərlər

Next TV