Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

15:08 - 13 / 08 / 2022
Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə Komitədən 1news.az-a verilib. Qeyd edilib ki, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir. Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.

Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər.

1news.az

Paylaş:
130

Son xəbərlər

İndi nə ailə həkimi var, nə də sahə həkimi - VİDEO01 / 10 / 2022, 18:06Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB01 / 10 / 2022, 17:52Ötən ay yol qəzalarında ölnlərin sayı açıqlandı01 / 10 / 2022, 17:45Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? - VİDEO01 / 10 / 2022, 17:26Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub01 / 10 / 2022, 16:38Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb01 / 10 / 2022, 16:35Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib01 / 10 / 2022, 16:14Azərbaycan Prezidenti Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1 - FOTO01 / 10 / 2022, 16:10Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib01 / 10 / 2022, 15:38Unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində nöqsanlar aşkar olunub - FOTO01 / 10 / 2022, 15:12Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb01 / 10 / 2022, 14:49Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb01 / 10 / 2022, 14:29Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”01 / 10 / 2022, 13:49Azərbaycan Qazaxıstanla rəqəmsal sahədə birgə layihələr həyata keçirəcək01 / 10 / 2022, 13:39Azərbaycan Prezidenti Rumıniyaya rəsmi səfərə dəvət olunub01 / 10 / 2022, 13:35Suraxanıda hərbi sursat aşkar edilib - FOTO01 / 10 / 2022, 13:15Prezident İlham Əliyev Rumıniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB01 / 10 / 2022, 13:09Tərtərdə iki nəfər minaya düşüb - YENİLƏNİB01 / 10 / 2022, 13:04Qubada narkotik dövriyyəsi ilə bağlı 9 nəfər tutulub01 / 10 / 2022, 12:44Azərbaycan Prezidenti Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO - YENİLƏNİB01 / 10 / 2022, 12:35
Bütün xəbərlər

Next TV