MN: “Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: “Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib” - FOTO - VİDEO

15:22 - 13 / 08 / 2022
MN: “Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib” - FOTO - VİDEO

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

1news.az

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər