Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş edib

10:07 - 13 / 08 / 2022
Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş edib

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Bu barədə 1news.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

1news.az

Paylaş:
175

Son xəbərlər

Bütün xəbərlər