Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

10:50 - 13 / 08 / 2022
Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

Avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan 1news.az-a verilən xəbərə görə, faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

1news.az

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər