Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev14:10 - 15 / 08 / 2022
Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
355

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər