Binə qəsəbəsində magistral su kəmərinə müdaxilə edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binə qəsəbəsində magistral su kəmərinə müdaxilə edilib - FOTO

Qafar Ağayev14:56 - 15 / 08 / 2022
Binə qəsəbəsində magistral su kəmərinə müdaxilə edilib - FOTO

Bakının Xəzər rayonunun Binə qəsəbəsinin dəmiryol adlanan ərazisini içməli su ilə təmin edən magistral su kəmərinə müdaxilə edilib.

1news.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, ərazidə fərdi yaşayış evinin tikintisi ilə məşğul olan Nasir adlı şəxs 219 mm diametrli Binə sovxoz magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd edib.

Belə ki, həmin şəxs gecə saatlarında magistral su kəmərinin siyirtməsindən su təchizatını dayandıraraq mövcud kəmərin 70 metr uzunluğunda olan hissəsini kəsib doğrayıb, tikinti sahəsinədən kənara çıxarmaqla 159 mm diametrli polietilen borularla yeni xətt çəkib. Elə gecə saatlarında həmin ərazidə fərdi yaşayış evi tikməyə başlayıb.

Magistral su kəmərinə müdaxilə nəticəsində ərazidə yerləşən cəzaçəkmə müəssisəsi, beşmərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri susuz qalıb.

Bununla bağlı məlumat daxil olan kimi “Azərsu”yun Xəzər Sukanal İdarəsi rayon icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına məlumat verib. Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə fərdi yaşayış evinin tikintisinə dair vətəndaşın heç bir sənədi yoxdur və tikinti işləri qeyri-qanuni aparılır.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə “Azərsu”yun briqadaları və texnikası vasitəsilə tikinti sökülüb. Hazırda sökülmüş kəmərin və su təchizatının bərpası istiqamətində işlər aparılır. Bu müddətdə cəzaçəkmə müəssisəsi, bina və fərdi yaşayış evlərinə alternativ vasitələrlə suyun verilişi təmin edilib.

Faktın araşdırılması ilə bağlı “Azərsu” hüquq-mühafizə orqanlarına müraciət edib.

"Magistral su kəmərlərinə belə qanunsuz müdaxilələr göstərilən xidmətlərin səviyyəsinə mənfi təsir etməklə hidravliki rejimləri və istehlakçıların içməli su təchizatının dayanıqlığını pozur, su itkilərini artırır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün ciddi təhlükələr yaradır. Eyni zamanda bu kimi hallar dövlət əmlakına ziyan vurmaq kimi qiymətləndirilir. “Azərsu” şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Paylaş:
249

Son xəbərlər

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilibBu gün, 14:48AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar yaradacaqBu gün, 14:43Düyünlü Zobu Əməliyyat Etmək Olar? Hansı Riskləri Var?Bu gün, 14:34Prezident: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır,bu, bizim legitim hüququmuzdurBu gün, 13:55Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edibBu gün, 13:35İlham Əliyev: “Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır”Bu gün, 13:17Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilibBu gün, 13:06Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edibBu gün, 13:02Qərbi Azərbaycan İcması Tomas de Vaalın fikirlərinə münasibət bildiribBu gün, 13:00Qar, yağış yağacaq - ProqnozBu gün, 12:50Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıbBu gün, 12:48Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxubBu gün, 12:26Deputatdan təklif: Qərbi Azərbaycanlıların deportasiyası günü təqvimə salınsınBu gün, 12:07Azərbaycan Prezidenti: “Ola bilər ki, cənab Borel yuxular görür”Bu gün, 11:49Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilibBu gün, 11:38Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyəti 30%-ə qədər artacaq - VİDEOBu gün, 11:35DYP-dən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətBu gün, 11:17Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilibBu gün, 11:09Yeni Klinikada Ambulator klinika istifadəyə verildiBu gün, 11:06Prezident: “Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib”Bu gün, 10:55
Bütün xəbərlər

Next TV