Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu davam edir

Qafar Ağayev11:18 - 15 / 08 / 2022
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu davam edir

2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi davam edir.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaqların qəbulu elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər