Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO

Qafar Ağayev13:30 - 16 / 08 / 2022
Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, iki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçiddə özül svaylarının vurulması yekunlaşıb, hazırda dayaqların tikintisi aparılır.

Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər