Bakıda 20 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 20 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib

Qafar Ağayev13:53 - 16 / 08 / 2022
Bakıda 20 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib

Avqustun 16-sı saat 12:30-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 123 uşaq elektron qeydiyyatdan keçib.

İdarədən 1news.az-a verilən xəbərə görə, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2022-2023-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2017-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər