Bakıda evin damında meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evin damında meyit tapılıb

14:53 - 16 / 08 / 2022
Bakıda evin damında meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit aşağı düşürərək aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər